Gəncə Memorial Kompleksində mülki şəhidlərin xatirəsi yad olundu

Bu gün Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumunun beşinci ildönümü anılır. Bununla əlaqədar Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunub. Mərasimdə şəhər rəhbərliyi, diplomatik nümayəndələr, dini xadimlər və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Rəsmilər muzey ekspozisiyası ilə tanış olublar, burada “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar” və digər mövzulara dair zallar nümayiş olunub. Qeyd olunub ki, cəbhə xəttindən 80 km aralıda yerləşən Gəncə müharibə dövründə müxtəlif vaxtlarda raket hücumlarına məruz qalıb. Hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub, təxminən 180 dinc sakin yaralanıb. Qeyd edək ki, mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində xüsusi Memorial Kompleks inşa edilib. Gəncə Memorial Kompleksinin açılışı cari ilin 27 sentyabr tarixində – Anım Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.Memorial Kompleks mülki şəhidlərin xatirəsinə ehtiram və gələcək nəsillərə sülh mesajı olaraq xidmət edir.

url: 
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-memorial-kompleksind%C9%99-m%C3%BClki-%C5%9F%C9%99hidl%C9%99rin-xatir%C9%99si-yad-olundu
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik