Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir
Yanvarın 12-dən “Azərbaycan Dəmir Yolları” QSC ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq. Marşrut üzrə müasir elektrik qatarları hər gün saat 10:10-da Gəncədən Qəbələyə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfər 1 saat 50 dəqiqə davam edəcək. Qatarlar Goran, Yevlax, Ləki və Ağdaş stansiyalarında dayanacaq. Biletlərin minimal qiyməti 4 manat 30 qəpikdən başlayır və satış artıq ADY-nin rəsmi platformalarında açıqdır. Yeni marşrut regionlararası nəqliyyat əlaqələrinin və daxili turizmin inkişafına töhfə verəcək.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-q%C9%99b%C9%99l%C9%99-g%C9%99nc%C9%99-qatar%C4%B1-istifad%C9%99y%C9%99-verilir

