Gəncə sakini xalasını döyərək öldürüb
Gəncədə 1938-ci il təvəllüdlü Gülsüm Əliyeva yaşadığı ünvanda öldürülüb.İstintaq tədbirləri ilə müəyyən olunub ki, 88 yaşlı qadının döyülərək öldürülməsində bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov şübhəli bilinir.O saxlanılaraq istintaqa cəlb edilib.Faktla bağlı araşdırma başlanılıb.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-sakini-xalas%C4%B1n%C4%B1-d%C3%B6y%C9%99r%C9%99k-%C3%B6ld%C3%BCr%C3%BCb

