Gəncə və Bərdədə əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə və Bərdədə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgiləri keçirilib.Sərgilərin məqsədi əlilliyi olan şəxslərin sosial inteqrasiyasını dəstəkləmək, peşə bacarıqlarını nümayiş etdirmək və məşğulluq imkanlarını artırmaq olub.Ümumilikdə 21 nəfərin 10 istiqamət üzrə hazırladığı 900-dən çox əl işi sərgilənərək satışa çıxarılıb.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-v%C9%99-b%C9%99rd%C9%99d%C9%99-%C9%99lilliyi-olan-%C5%9F%C9%99xsl%C9%99rin-%C9%99l-i%C5%9Fl%C9%99rinin-sat%C4%B1%C5%9F-s%C9%99rgisi-olub

