Gəncə və Bərdədə yol qəzaları olub, xəsarət alan var
Bərdənin Qarağacı kəndində TIR ilə minik avtomobilləri toqquşub. Nəticədə "BMW" avtomobilində olan Nəsib Nəsibov və Fariz Nəcəfov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Gəncədə isə Türkiyə vətəndaşı Ozan Alkanın idarə etdiyi "Mercedes" idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib. Hər iki fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-v%C9%99-b%C9%99rd%C9%99d%C9%99-yol-q%C9%99zalar%C4%B1-olub-x%C9%99sar%C9%99t-alan-var