Gəncə Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edilib
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi aşkarlanıb. Mərkəzin Ailə həkimləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilib. Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmayıb, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99-x%C9%99st%C9%99xanas%C4%B1n%C4%B1n-f%C9%99aliyy%C9%99tind%C9%99-n%C3%B6qsanlar-a%C5%9Fkar-edilib