"Gəncəbasar" klubuna yeni prezident təyin olunub
Azərbaycan I Liqasında çıxış edən "Gəncəbasar" klubuna yeni prezident təyin olunub.Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək."Gəncəbasar" I Liqada 16 xalla ikinci sırada qərarlaşıb.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99basar-klubuna-yeni-prezident-t%C9%99yin-olunub

