Gəncədə şagirdlər final mərhələsində iştirak üçün imtahan veriblər
Gəncədə şagirdlər arasında Respublika fənn olimpiadasının yarımfinal turu keçirilib. 530 şagird 7 fənn üzrə imtahan verib. 8-11 sinif şagirdləri 3 saat ərzində 30 sualı cavablandırmalı olub. Keçid balını toplayanlar olimpiadanın apreldə keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə qazanırlar.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-%C5%9Fagirdl%C9%99r-final-m%C9%99rh%C9%99l%C9%99sind%C9%99-i%C5%9Ftirak-%C3%BC%C3%A7%C3%BCn-imtahan-veribl%C9%99r