Gəncədə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” mövzusunda tədbir keçirilib
“Suverenlik və Konstitusiya İli” çərçivəsində Gəncədə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” mövzusunda tədbir təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və Bakı Politoloqlar Klubunun birgə təşəbbüsü ilə baş tutub. Çıxışlarda informasiya təhlükəsizliyi, milli dəyərlərin qorunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi vurğulanıb. Natiqlər qeyd ediblər ki, Azərbaycanın gücü milli birliyində və dövlətə sarsılmaz inamındadır, bu istiqamətdə maarifləndirici tədbirlər mühüm əhəmiyyət daşıyır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-%E2%80%9Cd%C3%B6vl%C9%99t-suverenliyi-v%C9%99-milli-birliyin-qorunmas%C4%B1n%C4%B1n-ideoloji-%C9%99saslar%C4%B1%E2%80%9D-m%C3%B6vzusunda

