Gəncədə “Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi ilə bağlı məlumatlandırma görüşü keçirilib
Gəncədə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində benefisiarlara “Həvəsləndirmə və Biznes mükafatları” haqqında məlumatlandırma görüşü keçirilib. Layihədə biznes fəaliyyəti göstərən şəxslər iştirak ediblər. Müsabiqənin sonunda seçim şərtlərinə uyğun olan benefisiarlara mövcud biznes fəaliyyətlərini daha səmərəli şəkildə davam etdirmələri və inkişafı üçün əlavə avadanlıqların verilməsi nəzərdə tutulub. Məlumatlandırma görüşlərinin bütün regionlarda davam etdirilməsi planlaşdırılıb.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-%E2%80%9Ch%C9%99v%C9%99sl%C9%99ndirm%C9%99-v%C9%99-biznes-m%C3%BCkafatlar%C4%B1%E2%80%9D-m%C3%BCsabiq%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-m%C9%99lumatland%C4%B1rma-g%C3%B6r%C3%BC%C5%9F%C3%BC