Gəncədə “Xalqın mədəni sərvəti” layihəsinin bağlanış konserti keçirilib
Gəncə Dövlət Filarmoniyası və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Xalqın mədəni sərvəti” layihəsinə yekun vurulub. Bağlanış konsertində Gəncədə fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərinin istedadlı tələbələri çıxış ediblər. Konsertdə bəstəkar Fikrət Əmirovun yaradıcıllığına xüsusi yer verilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-%E2%80%9Cxalq%C4%B1n-m%C9%99d%C9%99ni-s%C9%99rv%C9%99ti%E2%80%9D-layih%C9%99sinin-ba%C4%9Flan%C4%B1%C5%9F-konserti-ke%C3%A7irilib