Gəncədə 2 Fevral - Gənclər Günü münasibəti ilə konsert təşkil olunub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 2 Fevral - Gənclər Günü münasibəti ilə konsert təşkil olunub. Konsertdə klassik və müasir janrda çeşitli ifalar səslənib. Tədbirin sonunda ötən il ərzində müxtəlif sahələrdə fərqlənən gənclər fəxri fərmanlarla təltif olunublar.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-2-fevral-g%C9%99ncl%C9%99r-g%C3%BCn%C3%BC-m%C3%BCnasib%C9%99ti-il%C9%99-konsert-t%C9%99%C5%9Fkil-olunub