Gəncədə 7 şagirdin zəhərləndiyi məktəbdən xəbər var
Gəncədə C.Cabbarlı adına 6 nömrəli məktəbdə qida zəhərlənməsi ilə bağlı şagirdlərin məhsul aldığı bufetdə AQTA tərəfindən yoxlama aparılıb. Bufetin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, məhsullardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam edir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-7-%C5%9Fagirdin-z%C9%99h%C9%99rl%C9%99ndiyi-m%C9%99kt%C9%99bd%C9%99n-x%C9%99b%C9%99r-var

