Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib
Gəncənin Cavadxan qəsəbəsində xoşagəlməz hadisə baş verib. 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-ana-v%C9%99-azya%C5%9Fl%C4%B1-%C3%B6vlad%C4%B1-d%C9%99m-qaz%C4%B1ndan-z%C9%99h%C9%99rl%C9%99nib