Gəncədə avtobus zolaqlarının genişləndirilməsi və mikromobillik infrastrukturu gündəmdədir - Qurum sözçüsü Kəpəz FM-ə açıqlama verib

Gəncədə yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı AYNA tərəfindən görülən işlər barədə qurumun Media ilə Əlaqələr Şöbəsinin müdiri, mətbuat katibi Tural Orucov Kəpəz FM-ə açıqlama verib.
SİNXRON: Tural Orucov - AYNA-nın Media ilə Əlaqələr Şöbəsinin müdiri, mətbuat katibi: "Gəncə şəhərinin bir çox küçə və prospektlərində yol nişanlarının quraşdırılması və xətlənmə işləri həyata keçirilib. Bu tədbirlər nəqliyyatın təhlükəsiz və nizamlı hərəkətini təmin etmək məqsədi daşıyır.
AYNA öz səlahiyyəti çərçivəsində Gəncə şəhərində yol hərəkətinin təşkili, nişanlanma, xətlənmə və təhlükəsizlik tədbirləri üzrə monitorinqi davam etdirir və zərurət yarandıqda əlavə tədbirlər görür. Dövlət Şəhərsalma Norma və Qaydalarına uyğun olaraq, yaşayış məskənlərinin əraziləri daxilində ictimai sərnişin nəqliyyatı xətlərində dayanacaqlar arasındakı məsafələr avtobuslar üçün 400-600 metr müəyyən edilib. Hazırda tərəfimizdən standartlar əsasında Gəncə şəhərində 650-ə yaxın dayanacaq məntəqəsi quraşdırılıb. Bu istiqamətdə təhlillər davam etdirilir. Aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Gəncə şəhərində, ətraf ərazilərdə, eləcə də Göygöl rayonunda “avatobus dayanacaq məntəqələri” yol nişanlarının sayı artırılacaq. Gəncə şəhəri üzrə zəruri hesab edilən yol sahələrində artıq xüsusi hərəkət zolaqları təşkil edilib. Bununla yanaşı, gələcəkdə nəqliyyat axınlarında dəyişiklik baş verərsə və ya tələbat artarsa, avtobus zolaqlarının genişləndirilməsi məsələsinə yenidən baxıla bilər. AYNA tərəfindən Gəncə şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üzrə ilkin işlərə başlanılıb. Mövcud yolların əlaqələndirilməsi istiqamətində də işlər nəzərdə tutulub".

url: 
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-avtobus-zolaqlar%C4%B1n%C4%B1n-geni%C5%9Fl%C9%99ndirilm%C9%99si-v%C9%99-mikromobillik-infrastrukturu-g%C3%BCnd%C9%99md%C9%99dir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik