Gəncədə avtomobil piyadanı vurub, Bakıda maşın aşıb
Gəncənin Nizami Gəncəvi prospektində "Hyundai" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vuraraq öldürüb.Bakının Sabunçu qəsəbəsində 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə dəyib idarəetməni itirərək aşıb və yol kənarına düşüb. "Hyundai"ın sürücüsü ölüb. Faktlar araşdırılır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-avtomobil-piyadan%C4%B1-vurub-bak%C4%B1da-ma%C5%9F%C4%B1n-a%C5%9F%C4%B1b

