Gəncədə Comərd Qəssabın türbəsinin ətrafı abadlaşdırılıb
Gəncədə öz xeyirxahlığı ilə xalqın böyük hörmətini qazanan Comərd Qəssabın məzarüstü türbəsinin ətrafında abadlıq işləri görülüb. İcra Hakimiyyətinin rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri görülən işlərlə tanış olublar. Türbənin ətrafına toplanaraq, gölməçə əmələ gətirən sular çəkilib. Ətrafda məhəccərlər düzəldilib, skamyalar qoyulub və yaşıllıq zolağı yaradılaraq şəhər sakinlərinin ixtiyarına verilib. Türbə 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-com%C9%99rd-q%C9%99ssab%C4%B1n-t%C3%BCrb%C9%99sinin-%C9%99traf%C4%B1-abadla%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1b