Gəncədə evdə yanğın olub, xəsarət alan var
Gəncənin Çarıqçılar küçəsində ev yanıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın və 25 canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 136 kvadratmetr olan evin yanması nəticəsində 1945-ci il təvəllüdlü kişi yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən şəxsə , 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-evd%C9%99-yan%C4%9F%C4%B1n-olub-x%C9%99sar%C9%99t-alan-var