Gəncədə Fikrət Əmirovla bağlı konfrans keçirilib
Gəncədə “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı 8-ci Elmi-İfaçılıq konfransı keçirilib. Bakıdan Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin kollektivinin də qatıldığı konfransın bəstəkarın irsinin təbliğ olunmasında əhəmiyyəti vurğulanıb. Konfransda bəstəkarın ərsəyə gətirdiyi əsərlər səsləndirilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-fikr%C9%99t-%C9%99mirovla-ba%C4%9Fl%C4%B1-konfrans-ke%C3%A7irilib