Gəncədə iki ticarət obyektində saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Gəncə şəhərində ticarət obyektlərində yoxlamalar aparıb.Məhsəti qəsəbəsində yerləşən Vaqif Abbas oğlu Tağıyevə və Asif Tofik oğlu Məmmədova məxsus ərzaq mağazalarında mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb. Müəyyən olunub ki, məhsullar kustar üsulla hazırlanıb, sənədləri yoxdur və üzərində yanlış məlumatlar qeyd edilib.Saxta içkilərin satışı dayandırılıb, məhsullar möhürlənərək saxlanca verilib. Nümunələr laborator müayinəyə göndərilib.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-iki-ticar%C9%99t-obyektind%C9%99-saxta-alkoqollu-i%C3%A7kil%C9%99r-a%C5%9Fkarlan%C4%B1b

