Gəncədə küçə işıqları uzun müddətdir yanmır- qəsəbə sakinləri şikayət edir
Gəncənin Məhsəti Gəncəvi qəsəbəsində sakinlərin küçə işıqları ilə bağlı problemi var.Sakinlər Kəpəz FM-in qaynar xəttinə müraciət edərək bildiriblər ki, küçə işıqları uzun müddətdir işləmir. Küçənin ensiz olması və səkinin yalnız bir tərəfdə yerləşməsi qaranlıq vaxtı piyadaların hərəkətini çətinləşdirir.Sakinlər problemin tezliklə həll olunmasını istəyirlər. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Küçə İşıqlandırması şöbəsindən Kəpəz FM-ə deyilib ki, əraziyə baxış keçirəndən sonra müvafiq cavab veriləcək və tədbir görüləcək. Dinləyicilər belə problemlərlə bağlı 050 243 96 36 votsap nömrəsinə yazılı müraciət edə bilərlər.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-k%C3%BC%C3%A7%C9%99-i%C5%9F%C4%B1qlar%C4%B1-uzun-m%C3%BCdd%C9%99tdir-yanm%C4%B1r-q%C9%99s%C9%99b%C9%99-sakinl%C9%99ri-%C5%9Fikay%C9%99t-edir

