Gəncədə kütləvi idman tədbiri təşkil edilib
Gəncədə 5 mart bədən tərbiyəsi və idman günü ilə əlaqədar kütləvi idman tədbiri keçirilib. Tədbirə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə daxil olan şəhər və rayonları təmsil edən idmançı və məşqçilər qatılıblar. Ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar olub. İdmançılar və məşqçilər təltif edilib.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-k%C3%BCtl%C9%99vi-idman-t%C9%99dbiri-t%C9%99%C5%9Fkil-edilib