Gəncədə müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Gəncədə alkoqolsuz içki kvas istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.AQTA-dan bildirilib ki, müəssisədə baxış zamanı onun qida təhlükəsizliyi qeydiyyatından keçmədən və antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən olunub.Müəssisədə butulkaların yuyulması üçün lazımi avadanlıq və şərait olmayıb. Kvasın dəfələrlə istifadə olunan, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin isə tibbi müayinədən keçmədiyi aşkarlanıb.Məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-m%C3%BC%C9%99ssis%C9%99nin-f%C9%99aliyy%C9%99ti-m%C9%99hdudla%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1b

