Gəncədə Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Oktyabrın 30-da AMEA-nın Gəncə bölməsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunan ikinci beynəlxalq elmi konfrans keçiriləcək. “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda təşkil ediləcək konfransın məqsədi şairin zəngin yaradıcılıq irsini müasir elmi yanaşmalar əsasında araşdırmaq, onun Azərbaycan və dünya ədəbiyyatında, fəlsəfi fikir və mədəniyyətdəki yerini öyrənməkdir.Tədbir elmi əməkdaşlığın genişləndirilməsinə və nizamişünaslıq sahəsində aparılan tədqiqatların nəticələrinin beynəlxalq elmi ictimaiyyətlə bölüşülməsinə xidmət edəcək.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-nizami-g%C9%99nc%C9%99vinin-885-illik-yubileyin%C9%99-h%C9%99sr-olunan-beyn%C9%99lxalq-konfrans-ke%C3%A7iril%C9%99c%C9%99k

