Gəncədə qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb
Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərin birində ailə münaqişəsi zamanı qeydə alınıb. Belə ki, o, mübahisə edən ata-anasını ayırmaq istəyərkən atası əlindəki bıçaqla ehtiyatsızlıqdan ona xəsarət yetirib. Bud nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya çatdırılıb və vəziyyəti qənaətbəxş hesab edilir. Fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-q%C4%B1z%C4%B1na-x%C9%99sar%C9%99t-yetirm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-ata-saxlan%C4%B1l%C4%B1b