Gəncədə qətl, Biləsuvarda toyda bıçaqlanma olub
Gəncənin Gülüstan qəsəbəsində 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində həyatını itirib.Hadisəni törətməkdə Röyal Həsənovun atası şübhəli bilinir.Biləsuvarda isə şadlıq saraylarının birində, toy mərasimi zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu kürək nahiyəsindən bıçaqlanıb.Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov saxlanılılıb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-q%C9%99tl-bil%C9%99suvarda-toyda-b%C4%B1%C3%A7aqlanma-olub

