Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edilib
Azərbaycan Milli Antidopinq Agentliy kikboksinq üzrə XXX Azərbaycan çempionatı çərçivəsində Gəncədə təmiz idman dəyərlərinin təşviqi ilə bağlı maarifləndirmə proqramı keçirib.Tədbir zamanı idmançılar, məşqçilər və azarkeşlərə antidopinq qaydaları, qadağan olunmuş maddə və üsulların yaratdığı risklər, həmçinin idmançıların hüquq və öhdəlikləri barədə məlumat verilib.İştirakçılar viktorinalarda iştirak edərək antidopinq biliklərini sınayıblar. AMADA bildirib ki, belə tədbirlərin məqsədi ədalətli rəqabət prinsiplərini və sağlam həyat tərzini təşviq etməkdir.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-t%C9%99miz-idman-d%C9%99y%C9%99rl%C9%99rinin-t%C9%99%C5%9Fviqin%C9%99-dair-maarifl%C9%99ndirm%C9%99-proqram%C4%B1-t%C9%99%C5%9Fkil-edilib

