Gəncədə və Mingəçevirdə bıçaqlanma olub
Gəncədə 34 yaşlı E.Kərimov bıçaq xəsarəti alıb.O, xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 56 yaşlı Elçin Pirverdiyev saxlanılıb.Mingəçevirdə yerləşən restoranların birində mübahisə zəminində 1986-cı il təvəllüdlü Səhubi Xudadatov bıçaqlanıb.Münaqişəyə hesaba görə başlayan mübahisə səbəb olub.Polis əməli törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Fuad Cəfərlini saxlayıb.Faktlarla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99-v%C9%99-ming%C9%99%C3%A7evird%C9%99-b%C4%B1%C3%A7aqlanma-olub

