Gəncədəki süni göl bərpa edilir
Ötən ilin yazında Gəncəyə yağan güclü yağış nəticəsində Heydər Əliyev park kompleksinin ərazisindəki süni göldə yaranan fəsadlar aradan qaldırılır. Göldə bəndvurma və bəndbərkitmə işlərinə başlanılıb. Baş verə biləcək selin fəsadlar yaratmaması üçün beton kanal salınıb və su qəbuledici qurğu inşa edilib. Gölün ətrafında avtomobillərin və piyadaların hərəkəti üçün yeni yol çəkilir, körpü salınır. Yenidənqurma işləri çərçivəsində əvvəlkindən fərqli olaraq gölün ətrafı məhəccərlə bağlanacaq.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc%C9%99d%C9%99ki-s%C3%BCni-g%C3%B6l-b%C9%99rpa-edilir