Gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək
Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək. Müdafiə Nazirliyindən qeyd edilib ki, valideynlərin, ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.
url:
http://www.kepezfm.az/xeberler/g%C9%99nc-%C9%99sg%C9%99rl%C9%99rin-andi%C3%A7m%C9%99-m%C9%99rasiml%C9%99ri-qapal%C4%B1-%C5%9F%C9%99raitd%C9%99-ke%C3%A7iril%C9%99c%C9%99k