Goranboy, Ağdərə və Cəlilabadda yol-nəqliyyat hadisələri baş verib
Goranboyun Dəliməmmədli şəhərindən keçən hissəsində avtomobil şəxsiyyəti hələ məlum olmayan təxminən 40-45 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.Kəlbəcər yaylağından xırdabuynuzlu heyvanları daşıyan yük maşını Ağdərədə aşıb.Sürücü xəsarət alıb, habelə avtomobildə daşınan xeyli sayda qoyun-keçi tələf olub.Cəlilabadda Müqabil Nağıyevin idarə etdiyi minik avtomobili at arabası ilə toqquşub.Nəticədə 3 nəfər-Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov xəsarət alıblar. Faktlarla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/goranboy-a%C4%9Fd%C9%99r%C9%99-v%C9%99-c%C9%99lilabadda-yol-n%C9%99qliyyat-hadis%C9%99l%C9%99ri-ba%C5%9F-verib

