Goranboy-Naftalan-Tərtər yolunda sel suları nəqliyyatın hərəkətində çətinlik yaradıb
Goranboy-Naftalan-Tərtər yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü yağışdan sonra yaranan problemlər avtomobillərin hərəkəti ilə yanaşı, həmçinin nəqliyyat vasitələrinin özünə də texniki ziyan vurub. Bölgədə yağıntılı hava şəraiti davam edir.
url:
http://www.kepezfm.az/xeberler/goranboy-naftalan-t%C9%99rt%C9%99r-yolunda-sel-sular%C4%B1-n%C9%99qliyyat%C4%B1n-h%C9%99r%C9%99k%C9%99tind%C9%99-%C3%A7%C9%99tinlik-yarad%C4%B1b