Goranboyda açıq sahədə yanğın baş verib
Goranboyun, Goran qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib. Nəticədə açıq ərazidə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli yanıb. Alov FHN-in əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.
url:
http://www.kepezfm.az/xeberler/goranboyda-a%C3%A7%C4%B1q-sah%C9%99d%C9%99-yan%C4%9F%C4%B1n-ba%C5%9F-verib