Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Goranboyun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlanıb. Əməli törədən rayon sakini Araz Qədimov saxlanılıb. O, maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib və törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/goranboyda-q%C9%99biristanl%C4%B1qdan-o%C4%9Furluq-etm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b