Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarəti alıb
Goranboyun Xoylu kəndində 44 yaşlı Gülmirə Fərmanova səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
url:
http://www.kepezfm.az/xeberler/goranboyda-qad%C4%B1n-ehtiyats%C4%B1zl%C4%B1qdan-yan%C4%B1q-x%C9%99sar%C9%99ti-al%C4%B1b