Hörmüz boğazında gərginlik artır
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb. Onun sözlərinə görə, İran ordusu boğazdan keçməyə çalışan ABŞ gəmilərinə atəş açır.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə boğazdakı vəziyyətə görə məsuliyyəti Vaşinqtonun üzərinə qoyub. O bildirib ki, naviqasiyanın pozulması regionda münaqişənin kəskinləşməsindən sonra baş verib.Daha əvvəl Hörmüz boğazında dörd aydır gizli mina təmizləmə əməliyyatı apardığı bildirilmişdi.
url:
http://kepezfm.az/xeberler/h%C3%B6rm%C3%BCz-bo%C4%9Faz%C4%B1nda-g%C9%99rginlik-art%C4%B1r

