Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni separatçıların rəhbərlərinə baş çəkib
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan keçmiş Dağlıq Qarabağ separatçılarının rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib. Başçəkmədə məqsəd saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma rejimi və s. məsələlərlə maraqlanmaq olub.
url:
http://www.kepezfm.az/xeberler/h%C3%BCquq-m%C3%BCdafi%C9%99%C3%A7il%C9%99ri-az%C9%99rbaycanda-saxlan%C4%B1lan-erm%C9%99ni-separat%C3%A7%C4%B1lar%C4%B1n-r%C9%99hb%C9%99rl%C9%99rin%C9%99-ba%C5%9F-%C3%A7%C9%99kib