Həftəsonu ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçiriləcək
Dövlət İmtahan Mərkəzi iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar keçirəcək.Təkrar imtahanda 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər, eləcə də müraciət etmiş IX sinif şagirdləri iştirak edə biləcəklər.İmtahanlar saat 10:00-da başlayacaq.Təkrar imtahanda ümumilikdə 365 nəfərin iştirakı nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud olan şagirdlər üçün xüsusi şərait yaradılıb.
url:
http://kepezfm.az/xeberler/h%C9%99ft%C9%99sonu-%C3%BCmumi-orta-t%C9%99hsil-s%C9%99viyy%C9%99si-%C3%BCzr%C9%99-t%C9%99krar-imtahanlar-ke%C3%A7iril%C9%99c%C9%99k

