Həkimin sürücüsü ilə bağbanı arasında dava bıçaqlanma ilə bitib
Bakının Sabunçu rayonunda həkimin sürücüsü işləyən 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun bağbanı ilə mübahisə edib.Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.Yaralı xəstəxanaya yerləşdirilib.Tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib.Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/h%C9%99kimin-s%C3%BCr%C3%BCc%C3%BCs%C3%BC-il%C9%99-ba%C4%9Fban%C4%B1-aras%C4%B1nda-dava-b%C4%B1%C3%A7aqlanma-il%C9%99-bitib

