Hadrutun işğaldan azad olunmasından 6 il ötür
2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsini işğaldan azad edib.Hadrutun azad olunması Vətən müharibəsinin gedişində mühüm əhəmiyyət daşıyıb. Qəsəbənin nəzarətə götürülməsi Şuşa istiqamətində irəliləyiş üçün də strateji imkanlar yaradıb.Həmin gün Azərbaycan Ordusu, həmçinin Tərtərin, Cəbrayılın və Xocavəndin kəndlərini işğaldan azad edib.2021-ci il martın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində Azərbaycan bayrağını qaldırıb.
url:
http://kepezfm.az/xeberler/hadrutun-i%C5%9F%C4%9Faldan-azad-olunmas%C4%B1ndan-6-il-%C3%B6t%C3%BCr

