Hakan Fidan: İrandan qaz axınının dayanması qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, İrandan qaz axınının dayanması və ya Körfəz ölkələrindən enerji idxalında gecikmələr qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yarada bilər. Qarşıdurmanın daha da kəskinləşməsi və İranın bölgədəki ABŞ hərbi bazalarını hədəfə alması böyük regional böhran ehtimalını artırır. Nazir qeyd edib ki, İranda təxminən 20 min Türkiyə vətəndaşı var və hazırda sərhəd keçidləri açıqdır. Bu ana qədər xəsarət alan və ya həyatını itirən Türkiyə vətəndaşı yoxdur. Hakan Fidan əlavə edib ki, Türkiyə Avropa tərəfdaşları ilə, o cümlədən Almaniya Kansleri Fridrix Merts və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə vəziyyəti müzakirə edir və tərəfləri sülh üçün birgə işləməyə çağırır.
url:
http://kepezfm.az/xeberler/hakan-fidan-irandan-qaz-ax%C4%B1n%C4%B1n%C4%B1n-dayanmas%C4%B1-qlobal-enerji-t%C9%99hl%C3%BCk%C9%99sizliyi-%C3%BC%C3%A7%C3%BCn-risk-yarada

