Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, mayın 15-i gündüzdən 18-i axşamadək Azərbaycanın şimal və qərb rayonlarında hava əsasən yağışlı keçəcək.Bəzi ərazilərdə yağışın güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.Yağıntılar səbəbindən çaylarda suyun səviyyəsi arta, bəzi dağ çaylarından isə qısamüddətli sel keçə bilər.
url:
http://kepezfm.az/xeberler/hava-%C5%9F%C9%99raiti-il%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-edilib-0

