Hikmət Hacıyev itkin düşənlərlə bağlı paylaşım edib
Prezidentin köməkçisi Hikmət Hacıyev itkin düşmüş şəxslərlə bağlı paylaşımında bildirib ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 min 10 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır. Bu günədək 32 kütləvi məzarlıq aşkarlanıb, 328 itkin şəxsin kimliyi DNT müayinəsi ilə müəyyən edilib.İtkin azərbaycanlıların taleyi, o cümlədən onların dəfn yerləri barədə Ermənistanın dəqiq və əhatəli məlumat verməsi vacibdir.Axtarış işlərinin mina və partlamamış hərbi sursat təhlükəsinə baxmayaraq davam etdirildiyi bildirilib.
url:
http://kepezfm.az/xeberler/hikm%C9%99t-hac%C4%B1yev-itkin-d%C3%BC%C5%9F%C9%99nl%C9%99rl%C9%99-ba%C4%9Fl%C4%B1-payla%C5%9F%C4%B1m-edib

