Horovlu kəndində yenidən əmək yarmarkası keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, martın 18-i, saat 10:00-da Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək.Tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndində yerləşən inzibati ofisində təşkil olunacaq.Yarmarkada hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunacaq.
url:
http://kepezfm.az/xeberler/horovlu-k%C9%99ndind%C9%99-yenid%C9%99n-%C9%99m%C9%99k-yarmarkas%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k

