İşğaldan azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunur
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov WUF13 çərçivəsində çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə “15 dəqiqəlik şəhər” və “yaşıl şəhər” yanaşmaları tətbiq olunur. Əsas məqsəd insanların təhlükəsiz və rahat yaşayış məkanlarına qayıdışını təmin etməkdir. Ramil Cahangirov qeyd edib ki, şəhərlərin baş planları 20 illik perspektivlə hazırlanır və gələcək ehtiyaclara uyğun olaraq yenilənə bilən canlı sənədlər hesab olunur.
url:
http://kepezfm.az/xeberler/i%C5%9F%C4%9Faldan-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-15-d%C9%99qiq%C9%99lik-%C5%9F%C9%99h%C9%99r-konsepsiyas%C4%B1-t%C9%99tbiq-olunur

