İşğaldan azad olunan Kəlbəcər rayonunda səsvermə başlayıb
İşğaldan azad olunan Kəlbəcər rayonunda da səsvermə başlayıb. Orada 123 saylı Kəlbəcər Seçki dairəsinin iki məntəqəsi yaradılıb. Kəlbəcərdə şəhərindəki 63 saylı seçki məntəqəsində 603, 64 saylı məntəqədə isə 875 nəfər səsvermə də iştirak edəcək. Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata alınıb. Seçkilərin gedişini ümumilikdə 28 yerli müşahidəçi izləyəcək. Yaradılan məntəqələr bütün ləvazimatlarla təchiz edilib.
url:
http://www.kepezfm.az/xeberler/i%C5%9F%C4%9Faldan-azad-olunan-k%C9%99lb%C9%99c%C9%99r-rayonunda-s%C9%99sverm%C9%99-ba%C5%9Flay%C4%B1b