İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək
Azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. Hər məntəqəyə təxminən 800-900 nəfər seçici düşür. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib. Azərbaycanın istənilən vətəndaşının adı seçki məntəqəsindəki siyahıya daxil edilməyibsə, komissiyaya müraciət edə bilər. Xarici ölkələrdə yaşayan vətəndaşların səs verməsi üçünsə konsulluqlara və səfirliklərə göstərişlər verilib.
url:
http://www.kepezfm.az/xeberler/i%C5%9F%C4%9Faldan-azad-olunmu%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-26-m%C9%99nt%C9%99q%C9%99-%C3%BCzr%C9%99-23-mind%C9%99n-art%C4%B1q-se%C3%A7ici-s%C9%99s-ver%C9%99-bil%C9%99c%C9%99k