Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, zəngin tarixi və böyük potensialına baxmayaraq, İslam dünyası yoxsulluq, sosial və iqtisadi bərabərsizlik, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm kimi ciddi çağırışlarla üzləşir.O vurğulayıb ki, bu problemlərin həlli üçün müsəlman ölkələri arasında birlik, həmrəylik və qarşılıqlı dəstək daha da gücləndirilməlidir. Sahibə Qafarovanın sözlərinə görə, parlamentlər bu prosesdə mühüm rol oynayır və dost, qardaş xalqların nümayəndələri dialoq və birliyi təşviq etməlidirlər.Sessiyanın açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqına sədrliyin İndoneziyadan Azərbaycana keçməsi rəsmən elan olunub.40-dan çox ölkənin 400-dən artıq parlament nümayəndə heyətinin, 10-dan çox spikerin və beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə dayanıqlı və inklüziv iqtisadi inkişaf mövzusu ətrafında müzakirələr aparılır. Sessiya iyunun 25-də başa çatacaq.

