I Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib
Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib.R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi istiqamətində itkin düşüb.Şəhid Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq.
url:
http://kepezfm.az/xeberler/i-qaraba%C4%9F-m%C3%BCharib%C9%99sinin-itkin-%C5%9F%C9%99hidi-rafiq-c%C9%99f%C9%99rovla-vida-m%C9%99rasimi-ke%C3%A7irilib

