I və III qrupların altqruplarını seçənlər informatika və coğrafiyadan imtahan verəcək
Fevralın 11-də I və III ixtisas qrupu üzrə müvafiq altqrupları seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya imtahanı verəcəklər. Həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri isə bu həftə ərzində DİM-in saytına yerləşdiriləcək.
url:
http://www.kepezfm.az/xeberler/i-v%C9%99-iii-qruplar%C4%B1n-altqruplar%C4%B1n%C4%B1-se%C3%A7%C9%99nl%C9%99r-informatika-v%C9%99-co%C4%9Frafiyadan-imtahan-ver%C9%99c%C9%99k